İdman

Azərbaycan cüdoçusu "Böyük Dəbilqə" turnirində finala yüksəldi

26 Oktyabr 2017 15:33
0 Şərh     Baxış: 719
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan cüdoçusu Nicat Şıxəlizadə Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində start götürən "Böyük Dəbilqə" turnirində finala yüksəlib.

Milli.Az Report-a istinadən xəbər verir ki, 29 yaşlı idmançı buna 66 kq çəki dərəcəsində nail olub.

Mübarizəyə 1/16 final mərhələsindən başlayan Şıxəlizadə ilk görüşündə honq-konqlu Yuk Tinq Lini 24 saniyəyə yenib. Ardından o, moldovalı Denis Vieru, gürcüstanlı Vaja Marqvelaşvili və rusiyalı Abdula Abduljalilovu üstələyib. Həlledici görüşdə təcrübəli cüdoçu Tal Flikker (İJF) ilə üz-üzə gələcək.

Bu gün Azərbaycanın daha 3 cüdoçusu tamami üzərinə çıxıb. Vüqar Şirinli (60 kq) 1/16 finalda honq-konqlu Martin Launu yensə də, növbəti görüşündə özbəkistanlı Şarafuddin Lutfullayevə, İlkin Babazadə (66 kq) startdaca monqolustanlı Tumurxuleq Davadorja, Aişə Qurbanlı (48 kq) macarıstanlı Eva Çernoviçkiyə, Nəzakət Əzizova (57 kq) isə böyük britaniyalı Nekoda Smit-Devisə yenilərək, mübarizəni dayandırıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.