İdman

Dünya birinciliyində tarix yazan cüdoçularımız Vətənə döndülər - FOTOSESSİYA

23 Oktyabr 2017 10:41
0 Şərh     Baxış: 1 258
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xorvatiyanın paytaxtı Zaqreb şəhərində gənclər arasında dünya birinciliyində böyük uğura imza atmış cüdoçularımız artıq Vətənə dönüblər.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, mötəbər yarışda 2 qızıl, 2 gümüş və 1 bürünc medal qazanan, kişilərin komanda hesabında birinci olan, ümumi komanda hesabında isə yalnız Yaponiyadan geri qalaraq 2-ci yeri tutan millimizin üzvlərini Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Cüdo Federasiyasının rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri, jurnalistlər və idmançıların ailə üzvləri qarşılayıblar.  

Qeyd edək ki, 83 ölkədən 590 idmançının mübarizə apardığı dünya birinciliyində Hidayət Heydərov (73 kq), Zelim Kotsoyev (100 kq) qızıl, Natiq Qurbanlı (55 kq), Kəramət Hüseynov (60 kq) gümüş və Nəzakət Əzizova (52 kq) bürünc medal əldə ediblər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.