Türkiyə Superliqasında IX tura start verilib. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, turun ilk oyun günündə 2 qarşılaşma keçirilib.
"Göztəpə" - "Alanyaspor" oyununda azarkeşlər 6 qol izləyiblər. Ancaq komandalardan heç biri sevinə bilməyib - 3:3. "Antalyaspor" isə "Kasımpaşa"nı məğlub edib - 2:1.
Şənbə günü "Trabzonspor" yeni baş məşqçisi ilə ilk oyununa çıxdı. "Qaradənizlilər" "Malatyaspor"la üz-üzə gəldi.
Turun ən çox maraq doğuran oyunlarından biri bazar günü keçirildi. Lider "Qalatasaray" evdə əzəli rəqibi "Fənərbağça" ilə qarşılaşdı.
Bazar ertəsi isə son çempion "Beşiktaş" vitse-çempion "Başakşəhər"i qəbul edəcək.
Türkiyə Super Liqası
IX tur
20 oktyabr
"Antalyaspor" - "Kasımpaşa" - 2:1
Qollar: Eto, 43, Kadah, 74 - Murillo, 23
"Göztəpə" - "Alanyaspor" - 3:3
Qollar: Yahoviç, 41, 74, Kastro, 72 - Karaca, 66, Etame, 87, Fernandes, 90+2
21 oktyabr
"Osmanlıspor" - "Karabükspor" - 3:0
Qollar: Pinto, 62; Sərdar Gürlər, 74, 85
"Akhisar" - "Gənclərbirliyi" - 3:3
Qollar: Soner, 39 (pen.); Paulo Enrike, 60 (pen.), Sissoko, 60 - Sərdar Özkan, 18; Uğur Çiftçi, 23; Muriqi, 45+2
"Yeni Malatyaspor" - "Trabzonspor" - 1:0
Qol: Okay Yokuşlu, 45+2 (avtoqol)
22 oktyabr
"Sivasspor" - "Bursaspor" - 0:0
"Kayserispor" - "Konyaspor" - 2:1
Qollar: Deniz Turuc, 50 (pen.), Mendes, 64 - Şahinər, 90
"Qalatasaray" - "Fənərbağça" - 0:0
Qırmızı kart: Belhanda (72, "Qalatasaray")
23 oktyabr
21:00 "Beşiktaş" - "Başakşəhər"
Milli.Az