İdman

"Ciddi təzyiq altında işləyirəm"

22 Oktyabr 2017 21:35
0 Şərh     Baxış: 768
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Chelsea" İngiltərə Premyer Liqasının 9-cu turunda "Watford" üzərində qələbə qazanıb - 4:2. Bu oyuna qədər "zadəganlar" Çempionlar Liqası daxil olmaqla 3 oyunda qalib gələ bilməmişdi. Milli.Az goal.az-a istinadən xəbər verir ki, komandanın baş məşqçisi Antonio Konte üzərinə düşən təzyiq barədə danışıb.

"Ciddi təzyiq altında işləyirəm. Amma istefa ehtimalı məni narahat etmir. Etdiyimin düzgün olduğuna inanıram və bütün gücümü işimə sərf edirəm. Hər klubdakı tapşırıq azarkeşləri xoşbəxt etməkdir. Məhz bundan meydana çıxan təzyiqi hiss edirəm. azarkeşlərimizin oyun zamanı nə qədər zəhmət çəkdiyini görürük. Biz öz işimizi görürük".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.