İdman

""Mançester Yunayted"də oynamaq istəyirdim"

22 Oktyabr 2017 21:10
0 Şərh     Baxış: 903
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Leipzig"in gənc hücumçusu Timo Verner uşaqlıqda azarkeşlik etdiyi komandanın adını açıqlayıb. Milli.Az goal.az-a istinadən xəbər verir ki, 21 yaşlı forvard Almaniyada bir neçə titul qazanmaq istədiyini də vurğulayıb.

"Uşaqlıqda böyük klubların şərəfni qorumaq istəyirsən. Mən Aleks Ferqyussonun rəhbərliyi altında "Mançester Yunayted"də oynamaq istəyirdim. Çünki onlar həmişə qalib gəlirdi. Uşaqlar müntəzəm qələbə qazanan klubların fanatı olur.

"Almaniyada bir neçə titul qazanmaq arzum var. Bunun "Leipzig"də olub-olmayacağını bilmirəm. Bu il qələbə imkanları yaxşıdır".

Vernerin "RB Leipzig"lə müqaviləsi 2020-ci ilin yayına kimi nəzərdə tutulub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.