İdman

"Valensiya"dan "Sevilya"ya ölümcül zərbə - "Real" qonaq qəbul edir

22 Oktyabr 2017 10:45
16 Şərh     Baxış: 1 304
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün İspaniya La Liqasında IX tura start verilib.

Milli.Az apasport.az-a istinadən məlumatına görə, lider "Barselona" növbəti qələbəsini qazanıb.

Yalnız ötən turda "Atletiko" ilə səfər qarşılaşmasında xal itirən Kataloniya təmsilçisi autsayder "Malaqa"nı sınağa çəkib. Məğlubiyyətin nə olduğunu bilməyən 3 komandadan biri olan "Valensiya" bu turda "Sevilya"nı darmadağın edib.

"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi "Atletiko" "Selta" səfərinə yollanacaqsa, mövsümə qeyri-stabil start götürən "Real" doğma azarkeşləri önündə "Eybar"la münasibətlərinə aydınlıq gətirəcək.

İspaniya La Liqası

IX tur

21 oktyabr

"Levante" - "Xetafe" - 1:1

Qollar: Morales, 65 - Fayr, 59

"Betis" - "Alaves" - 2:0

Qollar: Sanabriya, 13, Aleksis, 75 (avtoqol)

"Valensiya" - "Sevilya" - 4:0

Qollar: Quedes, 43, 90+2, Zaza, 51, Mina, 85

"Barselona" - "Malaqa" - 2:0

Qollar: Delofo, 2, İnyesta, 56

22 oktyabr

14:00. "Vilyarreal" - "Las Palmas"

18:15. "Selta" - "Atletiko"

20:30. "Leqanes" - "Atletik"

22:45. "Real" - "Eybar"

23 oktyabr

22:00. "Real Sosyedad" - "Espanyol"

23:00. "Deportivo" - "Xirona"

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.