İdman

Bu gün "Qarabağ" 500 min avro qazandı - VİDEO

18 Oktyabr 2017 22:49
2 Şərh     Baxış: 2 592
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniya "Atletiko"su ilə Çempionlar Liqasının qrup mərhələsinin III tur matçında etdiyi heç-heçə "Qarabağ"a təkcə 1 xal qazandırmayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu nailiyyət sayəsində Ağdam klubu daha 500 min avro gəlir əldə edib.

Qaydalara əsasən, qrup mərhələsindəki hər qələbə əlavə 1,5 milyon avro, heç-heçə isə 500 min avro qazanc deməkdir. Daha əvvəl "Qarabağ" Çempionlar Liqasının 32 iştirakçısından biri kimi 12,7 milyon avroya sahib olub.

"Qarabağ" Bakı Olimpiya Stadionunda təşkil olunmuş qarşılaşmada "Atletiko" ilə qolsuz heç-heçə edib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.