İdman

"Liverpul"dan 7, "Spartak"dan 5 qol, "Beşiktaş"dan sensasiya - VİDEO - FOTO

18 Oktyabr 2017 00:42
3 Şərh     Baxış: 5 436
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Çempionlar Liqasının qrup mərhələsində III tura start verilib. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirində mübarizəni davam etdirən 32 komanda növbəti oyunlarına çıxıblar.

İki gün davam edəcək turun ilk günündə bütün qarşılaşmalar eyni vaxtda başlayıb. E qrupunun favoritləri "Liverpul"la "Sevilya" səfər sınağına çıxıb. Sonuncular Moskvada "Spartak"ın qonağı olub və şokla üzləşiblər. Meydan sahibləri 5:1 hesablı qələbə qazanıb. İlk qələbə arzusunda olan "Liverpul" isə qrupun autsayderi "Maribor"u topa tutub - 7:0.

D qrupunun lideri "Mançester Siti" əsas rəqibi "Napoli" ilə qarşılaşıb. İngiltərə klubu "ekvator xətti"nə 100 faizlik nəticə ilə çatıb - 2:1. "Şaxtyor" isə "Feyenoord"u xalsız qoyub - 2:1.

Azərbaycanda da kifayət qədər azarkeşi olan "Beşiktaş" isə səfərdə "Monako" ilə görüşüb. Ardıcıl iki qələbə ilə fanatlarını sevindirən Türkiyə klubu autsayderi də itkisiz keçib - 2:1.

İlk oyun gününün mərkəzi qarşılaşması H qrupunda baş tutub. İlk iki görüşdə qələbələri sıralayan "Real"la "Tottenhem" Madriddə görüşüb. Matçda qalib müəyyənləşməyib - 1:1.

Çempionlar Liqası

Qrup mərhələsi, III tur

17 oktyabr

E qrupu

"Maribor" (Sloveniya) - "Liverpul" (İngiltərə) - 0:7

Qollar: Firmino, 4, 54, Koutinyo, 13, Salah, 19, 40, Oksleyd-Çemberleyn, 86, Aleksandr Arnolt, 90

"Spartak" (Rusiya) - "Sevilya" (İspaniya) - 5:1

Qollar: Promes, 18, 90, Melqarejo, 58, Qluşakov, 67, Adriano, 74 - Kyaer, 31

1.

Liverpul

3

1

2

0

10:3

5

2.

Spartak

3

1

2

0

7:3

5

3.

Sevilya

3

1

1

1

6:7

4

4.

Maribor

3

0

1

2

1:11

1

F qrupu

"Feyenoord" (Hollandiya) - "Şaxtyor" (Ukrayna) - 1:2

Qol: Berqus, 7 - Bernard, 24, 54

"Mançester Siti" (İngiltərə) - "Napoli" (İtaliya) - 2:1

Qollar: Sterlinq, 9, Qabriel Jesus, 13 - Diavara, 73 (pen.)

1.

Mançester Siti

3

3

0

0

8:1

9

2.

Şaxtyor

3

2

0

1

4:4

6

3.

Napoli

3

1

0

2

5:5

3

4.

Feyenord

3

0

0

3

2:9

0

G qrupu

"Leypsiq" (Almaniya) - "Porto" (Portuqaliya) - 3:2

Qollar: Orban, 8, Forsberq, 38, Avqustin, 40 - Abubakar, 18, Markano, 44

"Monako" (Fransa) - "Beşiktaş" (Türkiyə) - 1:2

Qollar: Falkao, 30 - Cenk, 34, 54

1.

Beşiktaş

3

3

0

0

7:2

9

2.

Leypziq

3

1

1

1

4:5

4

3.

Porto

3

1

0

2

6:6

3

4.

Monako

3

0

1

2

2:6

1

H qrupu

"Real" (İspaniya) - "Tottenhem" (İngiltərə) - 1:1

Qollar: Ronaldo, 43 (pen.) - Keyn, 28

APOEL (Kipr) - "Borussiya" (Dortmund, Almaniya) - 1:1

Qollar: Pote, 62 - Sokratis, 67

1.

Tottenhem

3

2

1

0

7:2

7

2.

Real Madrid

3

2

1

0

7:2

7

3.

Borussiya D.

3

0

1

2

3:7

1

4.

APOEL

3

0

1

2

1:7

1

Milli.Az

Videoları izləmək üçün aşağıdakı şəkillərə klikləyin.

Реал Мадрид - Тоттенхэм 1-1

Maribor 0 - 7 Liverpool - All Goals HD Highlights - Champions League

Monaco 1 - 2 Besiktas

Манчестер Сити - Наполи 2-1 Все Голы и Основные Моменты.

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.