İdman

"Monako"da itki - "Beşiktaş"a qarşı oynamayacaq

17 Oktyabr 2017 13:44
0 Şərh     Baxış: 654
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində "Beşiktaş"ı qəbul edəcək "Monako" itkiylə üzləşib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, "knyazlıq klubu"nun hücumçusu Stevan Yovetiç zədə səbəbindən İstanbul təmsilçisi ilə matçda komandasına kömək edə bilməyəcək. Bu barədə məlumatı klubun mətbuat xidməti yayıb. Monteneqrolu hücumçu fərdi məşq edir. Onun adı "Beşiktaş"la oyunun iştirak ərizəsinə daxil edilməyəcək.

Yovetiç cari mövsümdə şans qazandığı 4 oyuna 1 qol vurub. O, "Monako"nun heyətində ÇL-də hələ ki, meydana çıxa bilməyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.