İdman

Səhərə qədər çay içdiyi üçün heyətdən kənarlaşdırıldı - FOTO

17 Oktyabr 2017 14:49
0 Şərh     Baxış: 1 131
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Cenoa"nın braziliyalı futbolçusu Rikardo Sençurion "Kalyari" ilə oyunda heyətə salınmayıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, buna səbəb braziliyalının səhərə qədər mate çayı içərək İnstagramda canlı yayım etməsi olub.

Qısa adı Mate olan Herbal Mate Argentinada yetişən bitki növüdür. Argentinalıların günlük istifadə etdiyi çayın bəzi növləri Cənubi Amerikada da geniş yayılıb. Argentina və Cənubi Amerikada bütün insanlar olduğu kimi, futbolçular da bu çayı içməyə öyrəşiblər. Çayın digər özəlliyi isə, yağ yandırıcı xüsusiyyətə malik olmasıdır. Onu davamlı içərək 1 aya 5 kq arıqlamaq olur. 

Mate çayı içərkən kameralara tuş gələn məşhur futbolçuların fotolarını da nəzərinizə çatdırırıq:

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.