İdman

"Neftçi"nin legioneri: ""Atletiko"nun işi heç də asan olmayacaq”

17 Oktyabr 2017 13:50
0 Şərh     Baxış: 687
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qarabağ" çox yaxşı komandadı.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bunu "Neftçi"nin yarımmüdafiəçisi İqnasio Errera İspaniya mətbuatına açıqlamasında deyib. 

Çilili futbolçu Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində sabah baş tutacaq "Qarabağ" - "Atletiko" görüşünü dəyərləndirib.

30 yaşlı oyunçu Bakı Olimpiya Stadionunda "Atletiko"nu çətin oyunun gözlədiyini söyləyib: "Qarabağ" yüksək səviyyəli futbolçulardan qurulmuş komandadı. Onlar rəqib üçün vəziyyəti çətinləşdirməyi bacarırlar. Bu baxımdan "Atletiko"nun işi Bakıda heç də asan olmayacaq".

Qeyd edək ki, İqnasio Errera 2008-2009-cu illərdə İspaniyada "Betis"in B komandasında çıxış edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.