İdman

Neymarın 222 milyon avroluq rekordunu kim yeniləyəcək?

17 Oktyabr 2017 13:45
3 Şərh     Baxış: 1 295
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Real" "Tottenhem"in hücumçusu Harri Keyndən əl çəkmir.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, ispanların israrını görən London təmsilçisi forvardını satmağa razılıq verib. 

Ancaq Premyer Liqa klubu bu keçid müqabilində qarşı tərəfdən nə az, nə çox, düz 225 milyon avro tələb edib. "Tottenhem" rəhbərliyi qol "maşını"nı yalnız bu qiymətə sata biləcəyini vurğulayıb.

Əgər "Real" qarşı tərəfin tələbini qəbul etsə, mövsümün sonunda yeni transfer rekordu qeydə alınacaq. Hazırda rekord bu yay "Barselona"dan PSJ-yə 222 milyon avroya keçən Neymara məxsusdu.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.