İdman

Antirekordlar “kralı”: Özünə bax, təsəlli tap, İsayev!

17 Oktyabr 2017 11:43
0 Şərh     Baxış: 842
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsindəki biabırçı çıxışını təsəlli qələbəsi ilə başa vurub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, İrlandiyaya 0:6, Ukraynaya 1:6 hesabı ilə uduzan Mirbağır İsayevin baş məşqçisi olduğu komandamız son turda meydan sahibi Bolqarıstanı 2:1 hesabı ilə məğlub edib. 

Millimiz seçmə mərhələni antirekordla başa vurub. U-17 tarixində ilk dəfə bir turnirdə 13 qol buraxıb. 3 görüşdə bu qədər topu qapısında görən yığmamız orta hesabla hər matçda 4,33 qola üzülüb.

Bunadək komandamızın ən çox qol buraxdığı turnir 2014/15 mövsümünün elit-raunduna təsadüf etmişdi. Həmin vaxt da indiki baş məşqçi Mirbağır İsayevin başçılıq etdiyi yığma 11 top buraxmışdı. Antirekordunu iki qol "yeniləyən" çalışdırıcı top fərqində "irəliləyiş" etməsinə sevinə bilər. 2 il yarım öncə "-11"ə şahid olan mütəxəssis bu dəfə "-10"a imza atıb. İsayev məhz özünün həmin nəticənə baxıb, təsəlli tapa bilər.

Ümumiyyətlə, İsayev U-17-nin baş məşqçisi kimi 29 qolun buraxılmasını izləyib. Bu postda 9 matç keçirən çalışdırıcı yığmanın mütləq antirekordçusudu. Belə ki, 9, hətta 12 oyunda U-17-yə rəhbərlik edən məşqçilər də bu qədər uğursuz olmayıb.

Qeyd edək ki, hər qrupda ilk iki pilləni tutan komandalar, həmçinin ən yaxşı göstəriciyə malik dörd 3-cü yer sahibi elit-raunda yüksəldiyindən yığmamız üçün yarışı bitmiş saymaq olar. Düzdü, hələ əksər qruplarda mübarizə başlamadığından İsayev ən yaxşı 3-cü yerlərə ümid edə bilər. Amma 3-cü yerlərin müqayisəsi zamanı ilk iki pillə ilə nəticələr nəzərə alındığından xalı olmayan, top fərqi 1-12 olan milli üçün gözləməyin mənası yoxdu.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.