İdman

Mövcud olmayan yığmamız reytinqdə mövqeyini qorudu

16 Oktyabr 2017 19:36
0 Şərh     Baxış: 821
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

FİBA kişi basketbolçular arasında yığma komandaların yeni reytinq cədvəlini açıqlayıb.

Milli.Az apasport.az-a istiandən xəbər verir ki, 149 ölkənin yer aldığı siyahıda Azərbaycan millisi mövqeyini qoruyub. 

Son illər yarışlara qatılmayan, mövcudluğunu belə itirən Samit Nuruzadənin komandası əvvəlki cədvəldə olduğu kimi yenə 93-cüdü. Millimizin aktivində 25,6 xalı var.

Basketbolçularımız Avropa ölkələri arasında isə 41-ci yerdədi.

Siyahıya ABŞ başçılıq edir. Onlar 819,6 reytinq xalına malikdilər. İkinci yerdə İspaniya (693,2), üçüncü pillədə Serbiya (641) qərarlaşıb. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.