İdman

Kaka ağlayaraq azarkeşlərlə vidalaşdı - FOTO

16 Oktyabr 2017 20:12
0 Şərh     Baxış: 1 163
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın "Orlando Siti" klubunun futbolçusu Kaka mövsümün sonunda - bu ilin dekabr ayında komandasından ayrılacaq.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, braziliyalı yarımmüdafiəçi "Orlando Siti"nin öz meydanında sonuncu oyununa çıxıb.

MLS liqasında "Kolumbus Krev"ə uduzduqları (0:1) oyunda azarkeşlərlə vidalaşan 35 yaşlı futbolçu göz yaşlarını saxlaya bilməyib.

Qeyd edək ki, 3 ildir "Orlando Siti"də çıxış edən Kaka bu mövsüm keçirdiyi 22 oyunda 6 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.