İdman

"Mançini hər kəslə münasibətləri korladı"

16 Oktyabr 2017 23:01
0 Şərh     Baxış: 1 020
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mançester Siti"nin sabiq qapıçısı Şey Qiven 2009-2013-cü illərdə komandanı çalışdıran Roberto Mançinidən bəhs edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, irland qolkiper avtobioqrafik kitabında bunları yazıb.

"Mançini ilə işləyə bilmirdim. Eşitmişdik ki, Mançini 2008-ci ildə "İnter"dən istefaya göndəriləndə futbolçular bayram etmişdi. 2011-ci ildə klubdan gedəndə, az qala özüm şənlik təşkil edəcəkdim. Məşqçi futbolçuya etimad göstərməsə belə, klubun irəli getməsinə çalışır.

Mançini hər kəslə münasibətləri korladı. "Hər kəs" deyəndə futbolçular, məşqçilər heyəti, fizioterapevtlər, təchizatçılar, mətbuat xidməti, aşpazlar, hətta parklama işçilərini də nəzərdə tuturam".

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.