İdman

12 barmaqlı uşaqların valideyləri: "Onların belə doğulması üçün dua edirik" - FOTO

13 Oktyabr 2017 13:28
0 Şərh     Baxış: 2 359
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bütün ana və atalar uşağının bədənində fiziki qüsur olduğunu öyrəndiyi anda sarsılırlar. Amma bu, Braziliyada yaşayan 14 nəfərlik Da Silva ailəsi üçün keçərli deyil.

Milli.Az xəbər verir ki, Da Silva ailəsində bütün uşaqlar irsi problem səbəbi ilə əl və ayağında 12 barmaqla doğulur.

Ailə bu fiziki qüsuru özü üçün üstünlüyə çevirib. Belə ki doğulan bütün uşaqlar ya qapıçı, ya da pianoçu olurlar.

Ailənin son üzvü Vinikus digər qardaş və bacıları kimi əli və ayağında 12 barmaqla doğulub. Bu vəziyyətə çox sevinən ana və ata uşağın ya qardaşı Yoa Asis kimi futbolçu, ya da bacısı Maria Morena kimi pianoçu olacağını düşünürlər. 

Ata Alessandronun 6 barmağı var. Ancaq ana Katyanın 5 barmağı. Valideynlərə görə, uşaqlarının bu cür qüsurla doğulması, onları cəmiyyət içində fərqli edir.

Katya ilk uşaqları Gilermenin 12 barmaqlı doğulmasından sonra bütün uşaqların bu cür doğulması üçün dua edir.

Qeyd edək ki, yer üzərində bu cür hal hər 3000 nəfərdə bir yaşanır.

Adil Nəcəfov
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.