İdman

"Barselona" Messiyə 89 milyon avro ödəməyə hazırdır

13 Oktyabr 2017 01:30
25 Şərh     Baxış: 2 587
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Barselona" Lionel Messini hər vasitə ilə komandada saxlamaq niyyətindədir.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, katalon klubu ona müqaviləni yeniləməsi müqabilində 89 milyon avro ödəməyə hazırdır. 30 yaşlı hücumçunun cari müqaviləsi 2018-ci ilin ayında başa çatacaq. Messi yeni müqaviləyə imza atsa, həftədə 557 min avro qazanmaq imkanı olacaq.

Güman olunur ki, bu cür maliyyə ehtiyaclarını qarşılamaq üçün "Barselona" ev oyunlarını keçirdiyi "Kamp Nou" stadionunun adını satmaq istəyir. Messi 2004-cü ildən bu katalonların şərəfini qoruyur. O, klubla bütün mümkün titullara sahib çıxıb. Qeyd edək ki, sentyabrda "Barselona"nın prezidenti Xosep Bartomeu ulduz futbolçu ilə yeni müqavilə imzalamaqda heç bir problemin olmadığını qeyd etmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.