İdman

Adriano karyerasını bərpa etmək istəyir

13 Oktyabr 2017 07:55
0 Şərh     Baxış: 975
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Braziliya millisinin keçmiş futbolçu Adriano yenidən futbol oynamaq istədiyini açıqlayıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki,  Adriano bu barədə deyib:

"Özümü yeni bir layihə üçün hazırlayıram, qarşımıza gələn aylarda klubsuz olaraq məşqə başlayacam. Özümü futbola başlayacaq gücdə görürəm. Karyeramı istədiyimi kimi sürmədim. Buna görə çox üzgünəm. Karyeramı yarımçıq hekayə kimi görürəm".

35 yaşlı futbolçu İtaliyada "Parma", "İnter"və "Roma" klublarında çıxış edib. Braziliya millisinin formasını isə 50 dəfə geyinib və 29 qola imza atıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.