İdman

Qriqorçuk Şevçenkonu əvəzləyə bilər - Ukrayna mətbuatı

11 Oktyabr 2017 20:30
0 Şərh     Baxış: 883
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna millisinin baş məşqçisi Andrey Şevçenko istefaya göndərilə bilər.

Milli.Az qol.az-a istinadən xəbər verir ki,  buna səbəb yığmanın DÇ-2018-in final mərhələsinə vəsiqə qazana bilməməsidir.

Ukrayna mətbuatı növbəti dəfə baş məşqçi vəzifəsinə namizədlər arasında "Qəbələ"nin çalışdırıcısı Roman Qriqorçukun da olduğunu yazıb. Digər namizədlər isə Miron Markeviç və Viktor Skripnikdir.

Qeyd edək ki, Ukrayna mətbuatı daha əvvəl də Qriqorçukun millini çalışdıracağı haqda xəbərlər yaymışdı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.