İdman

Cüdoçular İsmayıllıda döşəyə çıxdılar - FOTO

11 Oktyabr 2017 10:39
0 Şərh     Baxış: 598
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsmayıllıda Azərbaycan Cüdo Federasiyasının (ACF) dəstəyi ilə keçirilən region birinciliyinə yekun vurulub.

Milli.Az Report-a istinadən xəbər verir ki, Şimal bölgəsindən olan yeniyetmə cüdoçular iki yaş qrupu üzrə medallar uğrunda yarışıblar.

2001-2003-cü il təvəllüdlü yeniyetmələrin birinciliyində İsmayıllı cüdoçuları daha yaxşı nəticə göstərərək ümumi komanda hesabında 1-ci yeri tutublar. Qaliblərə ACF-nin diplomları, medallar və hədiyyələr verilib.

Qeyd edək ki, Şimal regionu üzrə birincilikdə Oğuz, Ağsu, İsmayıllı, Qəbələ, Qobustan və Şamaxı cüdoçuları mübarizə aparıblar. Yeniyetmə cüdoçuların zona yarışları Qubada davam etdiriləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.