İdman

Vüqar Şirinli finalda - YENİLƏNİB

6 Oktyabr 2017 14:18
0 Şərh     Baxış: 1 159
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

14:18

Bu gün Özbəkistanın paytaxtı Daşkənddə cüdo üzrə Qran-pri turnirinə start verilib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, 60 kq-da çıxış edən Vüqar Şirinlinin ilk döyüşü 1/4 finala təsadüf edib. O, Suşrob Boqiyevlə (Türkmənistan) üz-üzə gəlib. Görüş Şirinlinin asan qələbəsi ilə yükunlaşıb. İpponla qalib gələn təmsilçimiz yarımfinalda özbəkistanlı Doston Ruziyevlə münasibətinə aydınlıq gətirib. Vüqar bu dəfə də tatamidən qalib ayrılaraq, finala vəsiqə qazanıb. 

O, həlledici görüşdə İslam Yaşuyevlə (Rusiya) qarşılaşacaq.

-----------

12:59

Bu gün Özbəkistanın paytaxtı Daşkənddə cüdo üzrə Qran-pri turnirinə start veriləcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisinin 2 idmançısı tatamiyə çıxacaq. 

Kişilər
60 kq

İlk mərhələdən azad olan Vüqar Şirinlinin ilk döyüşü 1/4 finala təsadüf edəcək. O, Suşrob Boqiyevlə (Türkmənistan) üz-üzə gələcək.

66 kq
Şirinlidən fərqli, Orxan Hacıağalı mübarizəyə 1/8 finaldan başlayacaq. Həmyerlimiz monqolustanlı Altansuh Dovdonla gücünü yoxlayacaq.

Qeyd edək ki, yığmamız Qran-priyə 5 cüdoçu ilə yollanıb.  

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.