İdman

Əfsanəvi tennisçisi borclarını ödəmək üçün kuboklarını satır

5 Oktyabr 2017 19:42
0 Şərh     Baxış: 876
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əfsanəvi alman tennisçi Boris Bekker borclarını qismən də olsa, ödəmək üçün Uimbldon kubokunda qazandığı fəxri mükafatları satışa çıxarıb.

Milli.Az Report-a istinadən xəbər verir ki, tennis üzrə Uimbldon turnirinin üçqat qalibi həm də ona məxsus elit saatlar kolleksiyasını satışa çıxarmağı planlaşdırır.

Mükafatların satışının tennisçiyə milyon avrodan artıq vəsait qazandıracağı deyilir.

"Frankfurter Allgemeine" qəzetinin məlumatına görə, B.Bekkerin borclarının ümumi məbləği 60 milyon avrodan çoxdur.

Ulduzun maliyyə böhranı yaşamasına uğursuz maliyyə investisiyaları, həmçinin boşanma prosesləri səbəb olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.