İdman

Ukraynada uğurla çıxış edən idmançılarımız vətənə döndülər

4 Oktyabr 2017 14:06
0 Şərh     Baxış: 964
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

World Global Shaolin and Martial Arts Federation təşkilatının keçirdiyi Açıq Avropa çempionatında Azerbaycanı təmsil edən Şaolin Döyüş Sənəti Federasiyasının 13 nəfər idmançısı vətənə dönüb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, onları Heydər Əliyev adına Beynəlxalq hava limanında Şaolin Döyüş Sənəti Federasiyasının vitse-prezidenti Tofiq Abışlı, federasiyanın məşqçiləri Həsən Əliyev, Rauf Əliyev və "Wing Chun" klubunun rəhbəri Asif Sayadov qarşılayıblar.  34 ölkədən gələn 400 idmançının iştirak etdiyi çempionatda idmançılarımız 4 qızıl 6 gümüş medal qazanıb. Komandamıza ilk qızıl medalı kapitan Malik Əliyev qazandırıb. İdmançılar onlara yaradılan şəraitə görə Federasiyanın Prezidenti Rafiq Əliyevə təşəkkür edib. 
 
Xatırladaq ki, yarışlar Ukraniyanın Lusk şəhərində keçirilib. Federasiyanın baş məşqçisi Ruhi Hüseynov, məşqçilər Azər Abbasov və Arzuman Rəsulzadədir. Federasiyanın Prezidenti Rafiq Əliyevdir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.