İdman

İdmançı gənclərə ali təhsillə bağlı güzəştlərin ediləcək?

26 Sentyabr 2017 22:11
0 Şərh     Baxış: 931
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda idmançı gənclərə ali təhsil müəssisələrində təhsil güzəştlərinin edilməsi təklif olunur.

Milli.Az Trend-ə istinadən bildirir ki, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov bildirib ki, idmançı gənclər idmanla məşğul olmaq və ya təhsil almaqla bağlı seçim qarşısında qalırlar:

"Azərbaycanda gənclərin ali idman təhsili almaq üçün ancaq bir imkanları var, bu da Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasıdır. Bir sıra ölkələrdə idman sahəsində nailiyyətləri və idmana böyük marağı olan gənclərə ali təhsil müəssisələrində güzəştlər edilir. Məsələn, ali təhsil müəssisələrində idmançı gənclərə yerlərin ayrılması ilə bağlı illik kvota qoyulur. Onlar ümumi imtahan verərək ali təhsil almaq imkanı qazanırlar. Biz Komitə olaraq təklif edəcəyik ki, Azərbaycanda universitetlərdə idmanla məşğul olan gənclərin təhsil almaq imkanı əldə etmələri üçün müəyyən kvota ayrılsın".

F.Muradov hesab edir ki, bu yolla gəncləri idmana həvəsləndirməklə gələcəkdə onların yaxşı idmançı olmalarına şərait yaratmaq olar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.