İdman

Pedro Enrike: "Çempionlar Liqasında oynamaq bizim üçün şərəfdir"

26 Sentyabr 2017 18:54
0 Şərh     Baxış: 677
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qarabağ"ın heyətində belə bir turnirdə çıxış etməkdən böyük qürur hissi duyuram".

Milli.Az sport24.az-a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Pedro Enrike Çempionlar Liqasının qrup mərhələsinin II turu çərçivəsində İtaliya "Roma"sı ilə oyundan öncə təşkil edilən mətbuat konfransında deyib.

O, bildirib ki, ÇL-in qrup mərhələsinin ilk ev oyununda yaxşı nəticə əldə etmək üçün əllərindən gələni edəcəklər: "Bizim üçün çox çətin olacaq. Bu turnirdə çıxış etmək tək mənim yox, bütün komanda üçün fəxr hissidir. İlk ev oyunumuzdur. Bu səbəbdən, əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə qazanaq".

Qeyd edək ki, sentyabrın 27-də Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.