İdman

Çexlər millimizlə oyuna görə 23 futbolçuya dəvət göndərib

26 Sentyabr 2017 20:30
1 Şərh     Baxış: 673
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çexiya milli komandasının 2018 DÇ seçmə mərhələsində Azərbaycan və San Marinoya qarşı keçirəcəyi oyunlar üçün heyəti müəyyənləşib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, baş məşqçi Karel Yarolim qarşıdakı oyunlara 23 futbolçu çağırıb. 

Qapıçılar: Tomaş Kubek ("Rennes", Fransa), İrji Pavlenka ("Basel", İsveçrə), Tomaş Vatslik ("Werder", Almaniya)

Müdafiəçilər: Yan Boril ("Slavia"), Teodor Gebre-Selassi ("Werder", Almaniya), Pavel Kaderabek ("Hoffenheim", Almaniya), Filip Novak ("Midtyjlland", Danimarka), Tomaş Kalas ("Fulham", İngiltərə), Marek Suxi ("Basel", İsveçrə), Yakub Brabets ("Genk", Belçika), Mixael Lüftner ("Kobenhavn", Danimarka)

Yarımmüdafiəçilər: Vladimir Darida ("Hertha", Almaniya), Borek Dokal ("Henan Szyane", Çin), Yan Kopiç ("Victoria"), Tomaş Suşek ("Slavia), Antonin Barak ("Udinese", İtaliya), Yaromir Zmrhal ("Slavia"), Şimon Falta ("Siqma Olomuts"), Yakub Yankto ("Udinese", İtaliya), Yozef Quşbauer ("Slavia") 

Hücumçular: Yan Kliment ("Bröndby", Danimarka), Mixal Krmençik ("Victoria"), Milan Şkoda ("Slavia")

Oktyabrın 5-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Çexiya matçı saat 20:00-da başlanacaq. Rəqib komanda San Marinonu isə oktyabrın 8-də qəbul edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.