İdman

FİFA futboldankənar simvolikanın istifadəsinə icazə verəcək

25 Sentyabr 2017 23:48
0 Şərh     Baxış: 857
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

FİFA oyunlar zamanı futbolla əlaqəsi olmayan simvollardan istifadəyə qoyulan qadağanı yumşaltmaq fikrindədir. Milli.Az goal.az-a istinadən xəbər verir ki, qurum komandaların bu atributlara görə öncədən icazə almasını şərt kimi qoyacaq. 2016-cı ilin noyabrında İngiltərə, Şotlandiya, Uels və Şimali İrlandiya 1-ci dünya müharibəsində həlak olan əsgərlərin şərəfinə meydana lalə emblemi ilə çıxdıqları üçün cəzalandırılmışdı.

"Bu və ya digər əlamətdar hadisəni qeyd edərkən rəqib komanda və ümumilikdə ictimaiyyətin hisslərini nəzərə almaq lazımdır. Tövsiyə edirik ki, komandaların oyunun startına kimi bütün sloqan və görüntüləri razılaşdırsınlar" - FİFA-nın açıqlamasında deyilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.