İdman

"Prosineçki məni yığmada görmək istəmir"

25 Sentyabr 2017 18:06
0 Şərh     Baxış: 917
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Dinamo"ya keçəndə qarşıma məqsəd qoymuşam".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşov deyib. 

26 yaşlı hücumçunun çıxış etdiyi "Dinamo" klubu Almaniyanın Şimal-Şərq Regional Liqasının VIII turunda "Bautzen"i 5:0 hesabı ilə üstələyib. Dadaşov bu görüşdə 3 qol vuraraq, matçın qəhrəmanı olub.
 
Rüfət Almaniya mətbuatına açıqlamasında het-trikə imza atması haqda danışıb. O, komandasının qələbəsinin daha böyük rol oynadığını bildirib: "Het-trik etməyim əla oldu. Amma məni daha çox nəticə maraqlandırır. Komandamın qələbə qazanması daha vacibdi. Oyunumuzu yavaş-yavaş gücləndiririk. Ötən turda "Energi"yə uduzmuşduq. Bu qələbə ilə məyusluğu üzərimizdən ata bildik".
 
Dadaşov söhbət əsnasında vaxtilə Azərbaycan yığmasının formasını geyindiyi xatırladıb. O, millimizin hazırkı çalışdırıcısı Robert Prosineçkinin gəlişindən sonra isə diqqətdən kənarda qaldığını qeyd edib: "Berti Foqts yığmanın baş məşqçisi olanda mənə dəvət göndərirdi. Amma yeni çalışdırıcı gələndən sonra vəziyyət dəyişdi. O, məni yığmada görmək istəmir. Ümumiyyətlə, hazırkı baş məşqçi 3-cü və daha aşağı liqalarda çıxış edən futbolçulara dəvət göndərmir".
 
Almaniya mətbuatı Rüfət Dadaşovun vurduğu qollarla Robert Prosineçkiyə layiqli cavab verdiyini yazıb. Onlar həmyerlimizə işinə daim bu cür yanaşmağı və qollarını sıralamağı məsləhət görüb.
 
2013-2014-cü illərdə millimizin şərəfini qorumuş Rüfət Dadaşov 16 oyunda 4 qola imza atıb.
 
Qeyd edək ki, Rüfətin qardaşı Renat Dadaşov isə hazırda Azərbaycan yığmasının üzvüdür. O, DÇ-2018-in seçmə mərhələsi çərçivəsində San-Marino ilə keçirilmiş matçda (5:1) millimizin heyətində debüt edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.