İdman

"Neftçi"də işləyib, "Qarabağ"a azarkeşlik edəsən...

25 Sentyabr 2017 20:54
2 Şərh     Baxış: 1 704
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çempionlar Liqasının qrup mərhələsinin məşhur azarkeşləri açıqlanıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, UEFA-nın rəsmi saytı turnirin iştirakçısı olan 32 komandanın hər birinin tanınmış fanatını müəyyənləşdirib.

Azərbaycan çempionu "Qarabağ" məşhurlardan Bəhram Bağırzadənin fanatlıq etdiyi komanda kimi təqdim olunub. "Neftçi"nin Müşahidə Şurasının sabiq üzvünün yer aldığı bu siyahıda kifayət qədər məşhur adlar da var.
 
Məşhur fanatlar arasında Şahzadə Albert, Kral VI Filip, Sergey Lavrov da yer alıb. Heç də az tanınmayan Madonna, Monika Beluççi, Luçano Pavarotti də Çempionlar Liqasında azarkeşlik etdiyi komanda ilə öyünür.
 
İdman adamlarından Useyn Bolt, Roje Federer, Kobi Brayant, Erik Kantona, Sergey Bubka, Rafael Nadal da UEFA-nın siyahısına düşüb.
 
Çempionlar Liqası
Qrup mərhələsi

 
A qrupu
"Benfika" (Portuqaliya) - Madonna
"Mançester Yunayted" (İngiltərə) - Useyn Bolt
"Bazel" (İsveçrə) - Roje Federer
MOİK (Rusiya) - Denis Lebedev
 
B qrupu
"Bavariya" (Almaniya) - Niko Rosberq
PSJ (Fransa) - Teddi Riner
"Anderlext" (Belçika) - Eddi Merks
"Seltik" (Şotlandiya) - Rod Stüart
 
C qrupu
"Çelsi" (İngiltərə) - Uill Ferrell
"Atletiko" (İspaniya) - Kral VI Felipe
"Roma" (İtaliya) - Monika Beluççi
"Qarabağ" (Azərbaycan) - Bəhram Bağırzadə
 
D qrupu
"Yuventus" (İtaliya) - Luçano Pavarotti
"Barselona" (İspaniya) - Kobe Brayant
"Olimpiakos" (Yunanıstan) - Mikis Teodorakis
"Sportinq" (Portuqaliya) - Erik Kantona
 
E qrupu
"Spartak" (Rusiya) - Sergey Lavrov
"Sevilya" (İspaniya) - Paz Veqa
"Liverpul" (İngiltərə) - Samuel L.Cekson
"Maribor" (Sloveniya) - Anje Kopitar
 
F qrupu
"Şaxtyor" (Ukrayna) - Sergey Bubka
"Mançester Siti" (İngiltərə) - Qallaher qardaşları
"Napoli" (İtaliya) - Paolo Sorrentino
"Feyenord" (Hollandiya) - Dennis van der Gest
 
G qrupu
"Monako" (Fransa) - Şahzadə Albert
"Porto" (Portuqaliya) - Sara Sampayo
"Beşiktaş" (Türkiyə) - Viqqo Mortensen
"Leypsiq" (Almaniya) - Ralf Möller
 
H qrupu
"Real" (İspaniya) - Rafael Nadal
"Borussiya" (Dortmund, Almaniya) - Elen Fişer
"Tottenhem" (İngiltərə) - Rupert Qrin
APOEL (Kipr) - Yon Arne Riise

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.