İdman

"Roma"da daha bir itki: milli üzvü Bakıya gəlməyəcək

25 Sentyabr 2017 17:19
0 Şərh     Baxış: 834
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"ın qonağı olacaq "Roma"nın heyətlə bağlı problemləri davam edir.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "canavarlar"da zədəlilərin sırasına daha bir futbolçu qoşulub.

Yarımmüdafiəçi Dieqo Perottidən sonra müdafiəçi Ektor Moreno da sıradan çıxıb. A seriyasında "Udineze" ilə (3:1) matçın son 16 dəqiqəsində meydanda olan Meksika millisinin üzvü dünənki məşqdə iştirak etməyib. Sol ayağında zədəsi olan mərkəz müdafiəçisinin Bakıya gələcək heyətdə yer almayacağı artıq dəqiqləşib. 29 yaşlı futbolçunun müalicəsinə start verilib.
 
Qeyd edək ki, qeyd edək ki, "Qarabağ" - "Roma" görüşü sentyabrın 27-də Bakı Olimpiya Stadionunda keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.