İdman

Sülhsevər cüt

25 Sentyabr 2017 19:54
0 Şərh     Baxış: 523
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Topaz Premyer Liqasının VI turunun "Zirə" - "İnter" oyunu nadir təsadüf olunan seriyanın davamı ilə diqqət çəkib.

Milli.Az PFL-ə istinadən xəbər verir ki, 1:1 hesabı ilə başa çatan paytaxt derbisi ardıcıl 5-ci dəfə heç-heçə nəticələnib. Ötən mövsümdə 4 dəfə bərabərliklə ayrılan rəqiblər yeni mövsümə də sülhlə başlayıb. Bu da eyni komandaların ardıcıl heç-heçələri sıralaması baxımından Azərbaycan çempionatları tarixinin rekordunun təkrarıdır. Yarışın 25 illik tarixində bunadək 3 cüt ardıcıl 5 dəfə heç-heçə etmişdi. 2011-12-ci illərdə AZAL-la "İnter", 2013-14-cü illərdə AZAL-la "Xəzər Lənkəran", 2013-15-ci illərdə "Rəvan"la "Sumqayıt" 5 qarşılaşmada qalibi müəyyənləşdirə bilməmişdi.

Tarixə 4-cü belə seriya kimi düşən "Zirə" - "İnter" duelləri Premyer Liqanın II dövrəsində mütləq rekordu da müəyyənləşdirə bilər. Bunun üçün XII turun "İnter Arena"dakı görüşündə də heç-heçənin yaşanması yetərlidir.

Amma paytaxt derbisi əvvəlki üç "sülhsevər" cütdən fərqlənir. Çünki həmin seriyalarda hesab nəticələri fərqli olubsa, "Zirə"ylə "İnter"in bütün heç-heçələri eynihesablıdır - 1:1. 5 dəfə bu hesabla ayrılan rəqiblər daha bir rekordu təkrarlayıb. Belə ki, 1992-ci ildən keçirilən Azərbaycan çempionatlarında bunadək yalnız bir cütün oyunları ardıcıl 5 dəfə eyni nəticə ilə başa çatmışdı. 2016-17-ci illərdə "Qarabağ" "Zirə"ni 5 dəfə 2:0 hesabı ilə məğlub etmişdi. Daha 6 cütdə isə eyni nəticə 4 dəfə təkrarlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.