İdman

""Qarabağ"la oyunlarda maksimum nəticə əldə etməliyik"

25 Sentyabr 2017 14:30
0 Şərh     Baxış: 974
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qrupu üçüncü pillədə bitirib Avropa Liqasına yollansaq, bunu faciə saymayacağıq.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri "Roma"nın baş icraçı direktoru Umberto Qandini deyib.

Sentyabrın 27-də Çempionlar Liqasının II turunda "Qarabağ"ın qonağı olacaq İtaliya nəhənginin rəsmisi yerli mətbuata açıqlamasında qrupu dəyərləndirib. Qandini C qrupunu 3-cü pillədə başa vuraraq Avroliqaya yollanacaqlarını istisna etməyib: "Yer aldığımız qrupda iki önəmli komandanın olması normaldı. Əgər Avropa Liqasına yollansaq, orda da sona qədər mübarizəmizi aparacağıq. Favorit komandaların bir-birilərinə qarşı keçirəcəkləri oyunlardan çox şey asılıdı. Bu səbəbdən də "Qarabağ"la oyunlarda maksimum nəticə əldə etməliyik".
 
Baş icraçı direktor qarşıdakı görüş barədə də fikirlərini bildirib. O, "Qarabağ" barədə müsbət fikirlər səsləndirib: "Qarabağ"la oyun bizim üçün çox önəmlidi. "Atletiko" ilə qolsuz bərabərə qaldığımız görüş kimi. "Qarabağ" xüsusi komandadı. Avropa Liqası təcrübələri var, "İnter"lə heç-heçə etməyi bacarıblar. Digər cütlükdə "Atletiko" ilə "Çelsi" üz-üzə gələcək. Bu üzdən Bakıda qələbə qazanmaq bizim üçün çox vacibdi".
 
Umberto Qandini sentyabrın 27-də 41 yaşı tamam olacaq klub rəsmisi Françesko Tottiyə qələbə hədiyyəsi etmək istədiklərini söyləyib: "Totti "Roma"nın əfsanəsidi. Onunla çalışmaqdan qürur duyuruq. Onun doğum günündə Bakıda olacağıq. Ümid edirəm ki, keçmiş komanda yoldaşları ona "Qarabağ"la görüşdə qələbə hədiyyə edərlər".
 
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Roma" matçı saat 20:00-da başlayacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.