İdman

"Qarabağ" - "Roma" matçının hakimləri açıqlandı

25 Sentyabr 2017 13:41
0 Şərh     Baxış: 1 131
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" - "Roma" matçının hakimləri müəyyənləşib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, UEFA Bakıdakı görüşə Portuqaliyadan olan hakimlər briqadasını göndərir.

Görüşün ədalət təmsilçisi Artur Dias olacaq. Ona Rui Tavares Paulo Soareş kömək edəcəklər. Əlavə hakim köməkçiləri Tiaqo Martinslə Joao Pineyro olacaqsa, Bruno Rodriges ehtiyat hakim funksiyasını yerinə yetirəcək.
 
Onların işinə israilli hakim-inspektor Haim Jakov qiymət verəcək. Oyunun UEFA nümayəndəsi isə Oleq Harlamov (Estoniya) olacaq.
 
Qeyd edək ki, sentyabrın 27-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Roma" qarşılaşması saat 20:00-da başlayacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.