İdman

"Koşta ilə rəqib kimi qarşılaşmaq istəməzdim"

25 Sentyabr 2017 14:25
0 Şərh     Baxış: 752
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Çelsi"nin qapıçısı Tibo Kurtua "Atletiko Madrid"ə qayıdan Diyeqo Koşta barədə danışıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, belçikalı qapıçı sabiq komanda yoldaşı haqqında bunları deyib:

"Həmişə deyirəm ki, Koştanı "Çelsi"də lazımınca qiymətləndirilmədi. Mənə elə gəlir ki, kənarda onun necə insan olduğunu anlamağa çalışırdılar. Əvəzində futbolçu keyfiyyətləri ikinci plana düşmüşdü. Koşta tanıdığım ən şən insanlardan biridir. O, həmçinin əla hücumçudur. Ümid edirəm ki, "Çelsi" və "Atletiko" Çempionlar Liqasında çıxışını davam etdirəcək. Ola bilsin, rəqib kimi onunla qarşılaşdıq. Amma bunu heç istəməzdim".

"Çelsi" və "Atletiko Madrid" təmsilçimiz "Qarabağ"la eyni qrupda mübarizə aparır. FİFA tərəfindən Madrid klubuna qoyulan transfer qadağası səbəbindən Koşta yeni futbolçu kimi yanvarda qeydiyyatdan keçiriləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.