İdman

""Qarabağ" zəifdir" - İtalyanlar “Roma”dan razıdı

25 Sentyabr 2017 11:55
3 Şərh     Baxış: 1 295
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qarabağ" sentyabrın 27-də Çempionlar Liqasının qrup mərhələsində II tur matçına çıxacaq.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Azərbaycan çempionunun qonağı olacaq "Roma" beynəlxalq arenada ilk qələbəsini hədəfləyir.

"Canavarlar"ın A seriyasındakı ardıcıl qələbələri yerli mətbuatı da sevindirir. İtalyanlar "Roma"ya yaxınlığı ilə tanınan jurnalistlər arasında sorğu keçirib. Komandanın oyununu dəyərləndirən həmkarlarımız "Qarabağ"la matçı da yaddan çıxarmayıblar. Xüsusən də, Angelo Maniyante ÇL görüşü barədə fikir bildirib. Sabiq tennisçi Bakıda işlərinin asan olmayacağını düşünür.
 
Bəzi jurnalistlərin fikirlərini təqdim edirik.
 
Angelo Maniyante: "Son nəticələr "Qarabağ"la oyunöncəsi optimist olmağa imkan yaradır. Hər qələbə növbəti matçdakı uğurlu nəticəyə kömək edir. İndi komandadan Çempionlar Liqasında da sıçrayış gözləyirəm. Kağız üzərində "Qarabağ" zəifdi, ancaq indi zəif komanda yoxdu".
 
İlario Di Covambattista: "Roma"nın son matçlarda asan qələbə qazandığı görünür. Ancaq bu oyunları asanlaşdıran "Roma" özüdü".
 
Toni Damakelli: "Roma"nın müdafiə xəttində problemlər var. Strotman orta sahədən bu boşluğu doldurmalıdı. Ancaq komanda böyüyür".
 
Xavyer Yakobelli: "İstənilən komandada məşqçi dəyişdikdə onlara vaxt lazım olur. "Roma"nın bu mövsüm cəmi 1 məğlubiyyəti var ki, həmin görüşdə də komanda 70 dəqiqə rəqibdən üstün oynayıb. O oyunda 3 dəfə dirək "İnter"i qoldan xilas edib".
 
Qeyd edək ki, qrup mərhələsinin ilk turunda "Roma" "Atletiko" ilə qolsuz bərabərə qalıb, "Qarabağ" isə "Çelsi"yə böyük hesabla (0:6) məğlub olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.