İdman

“Qəbələ”nin futbolçuları arasında davanın görüntüləri - VİDEO

25 Sentyabr 2017 11:09
0 Şərh     Baxış: 2 818
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Premyer Liqasının VI turunun son matçında xoşagəlməz insident baş verib.

Milli.Az oxu.az-a istinadla xəbər verir ki, Azərbaycan Premyer Liqasının 6-cı turunda "Neftçi" ilə oyundan (2:1) sonra "Qəbələ"nin futbolçusu Ruslan Qurbanovla komanda yoldaşı Stiven Jozef-Monroz arasında gərgin anlar yaşanıb.

Belə ki, "Qəbələ"nin futbolçuları arasında dava düşüb. Fariz Yusifovun final fitini səsləndirməsindən sonra Ruslan Qurbanov komanda yoldaşı Steven Monrozun üzərinə yeriyib. Legioner futbolçu isə ona yumruq atıb. Futbolçuların davası sonda Monrozun qırmızı vərəqə alması ilə nəticələnib.

"Qəbələ"nin futbolçusu Ruslan Qurbanov matçdan sonra baş məşqçi Roman Qriqorçukun ona heç nə demədiyini bildirib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.