İdman

Boks yığmamız Nalçikdə ikinci oldu

25 Sentyabr 2017 11:19
0 Şərh     Baxış: 976
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Boks üzrə gənclərdən ibarət Azərbaycan millisi Rusiyanın Nalçik şəhərində keçirilən beynəlxalq turnirdə çıxışını başa vurub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Vaqif Şirinovun rəhbərlik etdiyi komanda Avropa birinciliyinə hazırlıq çərçivəsində 3 yoldaşlıq görüşü keçirib.

Yığmamız ilk qarşılaşmasında Rusiyanın ikinci komandası ilə üz-üzə gəlib. Görüş boksçularımızın 6:4 hesablı qələbəsi ilə yekunlaşıb. Ardınca Qazaxıstan millisi ilə gücünü yoxlayan təmsilçimiz bu dueldən də qalib ayrılıb - 8:2.
 
Vaqif Şirinov, Əli İsmayılov və Etibar Abdullayevin rəhbərlik etdiyi yığma son qarşılaşmasında Rusiya-1-lə qüvvəsini sınayıb. Döyüş rəqibin 6:4 hesablı qələbəsi ilə başa çatıb.
 
Beləliklə, komandamız turniri ikinci yerdə bitirib. Yığmamızın heyətində Orxan Həsənov (56 kq), Niyaməddin Allahverdiyev (60 kq) və Məhəmməd Abdullayev (+91 kq) keçirdikləri bütün qarşılaşmalarda qələbə qazanıblar.
 
Qeyd edək ki, boksçularımızın Avropa birinciliyinə hazırlığının son mərhələsi oktyabrın 1-18-də Bakıda olacaq.
 
Qitə çempionatı Türkiyənin Antalya şəhərində baş tutacaq. Yarış oktyabrın 20-dən 29-dək davam edəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.