İdman

Cüdoçularımız Serbiyadan 5 medalla qayıdır

25 Sentyabr 2017 09:22
0 Şərh     Baxış: 779
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Serbiyanın paytaxtı Belqradda keçirilən cüdo üzrə Avropa açıq çempionatı başa çatıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, turnirdə əsas heyətlə çıxış etməyən Azərbaycan millisi yarışın son günündə aktivinə daha 2 medal yazdırıb.

Ağır çəkidə mübarizə aparan Cəlil Şükürov gümüş, 81 kq çəki dərəcəsində yarışan Fəqan Quluzadə isə bürünc medal qazanıb.

Beləliklə, millimiz Serbiya turnirində 1 gümüş, 4 bürünc medala sahib olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.