İdman

"Onlar cəzalandırılacaq" - "Qəbələ"nin vitse-prezidenti

25 Sentyabr 2017 08:27
0 Şərh     Baxış: 1 553
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, "Qəbələ" Topaz Premyer Liqasının 6-cı turunda "Neftçi"yə 2:1 hesabı ilə qalib gəlib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, oyundan sonra "Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov jurnalistlərin suallarını cavablandırıb.

Nəcəfov ilk olaraq komandanın iki üzvü - Stiven Monroz və Ruslan Qurbanov arasında baş verən qalmaqala münasibət bildirib:

- Bu, xoşagəlməz haldır. Mən şəxsən bunu qəbul edə bilmirəm. Komanda yoldaşları belə kobud rəftar edə bilməzlər. Araşdırılacaq və kim günahkardırsa, ciddi şəkildə cəzalanacaq. Başqa cür mümkün də deyil. Bu, baş məşqçi və futbolçu arasında olan məsələ deyil. Birbaşa klubun imicidir.

- Oyun komponentində sizi narazı salan daha çox nədir?

- Bu məşqçiyə aid olan məsələlərdir. Ancaq mənim istədiyim kimi top saxlamırıq. Bu gün çox imkan əldə etdik, amma 2 dəfə fərqləndik. Müdafiədə çox səhvlər etdik. Məşqçimiz səhvləri bilir. Mən bir şeyi növbəti dəfə vurğulamaq istəyirəm: çempionatın limiti dəyişdirilməlidir. Yerli oyunçu baxımından əziyyət çəkirik. Nəticə qazana bilmirik deyə demirəm. Məsələyə ümumi baxıram. Çempionatda "Qarabağ"dan başqa hamı bu problemlə üzləşir. Ola bilsin ki, onlar bu işi daha yaxşı görüblər. Yəqin ki,  "Qarabağ" bu məslədə daha yaxşı iş görüb. Bunu etiraf etmək lazımdır. Biz də etmək istəyirik, ancaq alınmır. Yerli futbolçu demək olar ki, yoxdur.

- Ramin Musayevlə matçı birgə izlədiniz. Onunla bu məsələdə danışdınız?

- O, fikirlərimlə tam razıdır. Özündən də soruşa bilərsiniz. Bu məsələni qaldırmaq lazımdır ki, növbəti mövsüm bunu azaldaq. Demirik ki, birdəfəlik limit ləğv olunsun. Start heyətdə 5 deyil, 3 azərbaycanlı olsun. Ancaq süni inkişafla uğur olmaz. Limit üçə endirilsə, futbolçular arasında da rəqabət yüksək olacaq.

- Komandada maliyyə durumunun zəiflədiyi və maaşların verilmədiyi xəbərləri dolaşır...

- Siz bunu hardan eşitmisiniz? Bu, normal haldır. Bir az gecikmə oldu. Artıq məvaciblər verilib. Hər şey qaydasındadır. Komandada ab-hava yaxşıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.