İdman

"Kişi kişini vurar da…"

25 Sentyabr 2017 08:18
1 Şərh     Baxış: 2 357
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Topaz Premyer Liqasının VI turu çərçivəsində keçirilən "Qəbələ" - "Neftçi" oyunundan sonra Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev bölgəyə ezam olunan jurnalistlərin suallarını cavablandırıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Musayev Divizion iştirakçılarının sayından tutmuş, "Qarabağ"ı n ÇL-dəki matçınadək danışıb.

- Hər iki komandanın ifasında yüksək səviyyəli futbol izlədik. Oyundan razı qaldım. Xüsusilə, "Neftçi"nin.

- Yəni, "Neftçi"dən gözlədiyiniz oyunu gördünüz?

- Bir az da vaxt lazımdır. Görmək istədiyim oyuna lap az vaxt qalıb.

- I Divizionda 10 komandanın iştirak edəcəyi bildirilsə də, hələ dəqiq rəqəm səsləndirilməyib...

-  Dəqiq səsləndirirəm: 10 komanda iştirak edəcək. Qalan söz-söhbətlərə fikir verməyin.

- "Qarabağ"ı qarşıda "Roma"yla məsul oyun gözləyir...

- "Qarabağ" "06"-dır və motoru da bu markadadır, "Roma" isə BMW-dir. Ümid edək ki,  BMW "06"-ya yoldaşlıq edəcək..

- Oyun başa çatdıqdan sonra "Qəbələ"nin bir futbolçusu digərini vurdu...

- İnsident yaşanıb, amma vurulmağını görməmişəm.

- Dəqiq vurub.

- Vurub, vurub da. Kişi kişini vurar da. O ki qaldı bilavasitə suala, bu, klubun daxili işidi. Belə hadisə yaşanıbsa, cəzalandırılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.