İdman

"Qəbələ"nin futbolçusu komanda yoldaşına yumruq vurdu, qırmızı vərəqə aldı - FOTO

25 Sentyabr 2017 08:09
0 Şərh     Baxış: 2 653
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Topaz Premyer Liqasının 6-cı turunda keçirilən "Qəbələ" - "Neftçi" matçı (2:1) bitən kimi qalmaqal yaşanıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, final fiti səslənən kimi meydan sahiblərinin futbolçusu Stiven Monroz komanda yoldaşı Ruslan Qurbanovun üzərinə hücum çəkib.

Bu zaman iki futbolçu münaqişə yaranıb. Hər iki futbolçunu komanda yoldaşları ayırıb.

Qarşılaşmanın baş hakimi Fariz Yusifov isə Monrozu qırmızı vərəqə ilə cəzalandırıb.

Matçdan sonra Ruslan Qurbanov dava haqqında danışıb:

"Monroz tək driblinq edirdi. Ona dedim ki, sən driblinqi cərimə meydançasında edə bilərsən, amma kənarda tək deyilsən. Oyundan sonra bunu dedim, ağzıma yumruqla vurdu və dedi ki, "ağzını yum". Sonra isə vəziyyət göründüyü kimi oldu".

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk da münasibət bildirib və davanın aydınlaşdırılacağını deyib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.