İdman

"Çempionlar Liqasında qalib gələcəyimizi demək hələ tezdir"

24 Sentyabr 2017 19:15
0 Şərh     Baxış: 1 320
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Liverpul"un hücumçusu Sadio Mane komandanın istənilən turnirdə qalib gəlməyə qadir olduğunu bildirib. Milli.Az goal.az-a istinadən xəbər verir ki,  seneqallı futbolçu bunları deyib:

"İngiltərə Premyer Liqasında və Avropada istənilən rəqibi məğlub edə bilərik. Çempionlar Liqasında qalib gələcəyimizi demək hələ tezdir. Amma əlimizdən gələni edəcəyik. Əvvəlki kimi hesab edirik ki, bizim yaxşı müdafiə xəttimiz var. Bütün komanda məsuliyyəti öz üzərinə götürməlidir. Rəqibdən daha çox qol vursaq, qələbə heç yerə getməz. Müdafiədə problemlərimiz yoxdur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.