İdman

Bu gün voleybol üzrə Avropa çempionatının ilk dörddəbir finalçıları müəyyənləşəcək

24 Sentyabr 2017 14:23
0 Şərh     Baxış: 1 335
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Azərbaycan və Gürcüstanda qadın voleybolu üzrə Avropa çempionatının üçüncü yarış günü keçirilir.

Milli.Az Trend-ə istinadən bildirir ki, üçüncü yarış günü iki qrupda dörddəbir finalçılar məlum olacaq. A qrupunda Azərbaycan yığması qrupun lideri Polşa ilə, Almaniya təmsilçiləri isə Macarıstan yığması ilə görüşəcək.

B qrupunda son oyunlar baş tutacaq. Oyunlar nəticəsində dörddəbir finalçı və pley-off raunduna keçəcək iki komanda müəyyənləşəcək.

C qrupunda bir oyun keçiriləcək. Türkiyə yığması ilə Bolqarıstan qarşılaşacaq. D qrupunda isə Serbiya - Belçika, Çexiya - Hollandiya oyunları keçiriləcək.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.