İdman

Azərbaycan cüdoçuları Serbiyada 3 bürünc medal qazandı - FOTO

23 Sentyabr 2017 23:51
0 Şərh     Baxış: 1 169
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Serbiyanın paytaxtı Belqrad şəhərində cüdo üzrə Avropa açıq çempionatına start verilib.

Azərbaycan Cüdo Federasiyasından Milli.Az-a verilən məlumata görə, yarışın birinci günü Azərbaycan milli komandası aktivinə 3 medal yazdırıb.

Beynəlxalq turnirdə ölkəmizi təmsil edən Elbrus Zamanov (60 kq), Telman Vəliyev (73 kq) və Gültac Məmmədəliyeva (48 kq) bürünc medallara sahib olublar.

Qeyd edək ki, 30 ölkədən 240 cüdoçunun (157 oğlan, 83 qız) mübarizə apardığı turnirdə Azərbaycan milli komandası 17 cüdoçu (13 oğlan, 4 qız) ilə təmsil olunur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.