İdman

"Azarkeşlərin dəstəyi sayəsində biz özümüzü toparladıq və qalib gəlməyi bacardıq"

22 Sentyabr 2017 21:36
0 Şərh     Baxış: 747
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Birinci setdə müəyyən səflərimiz oldu, lakin sonradan uyğunlaşdıq, təcrübəmiz, məşqçimizin və azarkeşlərin dəstəyi sayəsində biz özümüzü toparladıq və qalib gəlməyi bacardıq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycanın qadınlardan ibarət milli voleybol komandasının üzvü Ksenya Poznyak Bakıda keçirilən Voleybol üzrə qadınlar arasında 2017-ci il Avropa çempionatının final mərhələsində Macarstan komandasına 3:0 hesabı ilə qalib gəldikdən sonra deyib.

K.Poznyak bildirib ki, ilk məqsəd qrupda birinci yerə çıxmaqdır: "Biz bütün rəqiblərə hörmət edirik, burada zəif komanda yoxdur, lakin biz öz oyunumuzu oynasaq, özümüzü oyuna daha yaxşı kökləsək, hesab edirəm ki, kimin güclü olması vacib olmayacaq".

Komandanın digər üzvü Məmmədova bildirib ki, birinci set gərgin keçdi: "Birinci setdən sonra biz özümüzü toparladıq, komanda da əvəzetmələr oldu və oyun bizim xeyrimizə dəyişməyə başladı. Birinci məqsəd qrupdan qalib çıxmaqdır. Növbəti rəqiblərimizə qarşı da hazırlaşacağıq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.