İdman

Cüdoçularımız Avropa çempionatında bir qızıl və bir gümüş medal qazandı - FOTO

21 Sentyabr 2017 21:34
0 Şərh     Baxış: 825
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda cüdo idmanının inkişafına, idmanın bu növünün kütləviliyinin artırılmasına dəstək verən "Judo Club 2012" klubunun uğurları gündən-günə artır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki,  Sloveniyanın Maribor şəhərində gənc cüdoçular arasında keçirilən Avropa birinciliyində uğur qazanan idmançılar arasında "Judo Club 2012"nin yetirmələri də var. Klubun yetirməsi Murad Fətiyev 73 kiloqram çəki dərəcəsində gümüş medal qazanıb. O, finalda Azərbaycanın digər təmsilçisi Hidayət Heydərov ilə qarşılaşıb.

Heyətində Murad Fətiyevin də çıxış etdiyi Azərbaycan millisi çempionatda komanda yarışında da birinci yeri tutub. Beləliklə, "Judo Club 2012"nin yetirməsi Vətənə 1 qızıl və 1 gümüş medalla qayıdıb.

Heydər Əliyev Beynəlxalq Aeroportunda gənc cüdoçuların qarşılanma mərasimində "Judo Club 2012" İctimai Birliyinin sədri Azər Əsgərov və idarə heyətinin üzvləri iştirak ediblər. Klubun rəhbərliyi uğurlu çıxışına görə Murad Fətiyevə mükafat təqdim ediblər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.