İdman

Mikayıl Cabbarov federasiya prezidenti seçildi

20 Sentyabr 2017 15:53
Baxış: 1 994
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Azərbaycan Qılıncoynatma Federasiyasının (AQF) növbədənkənar hesabat-seçki konfransı keçirilib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında baş tutan yığıncaqda qurumun yeni tərkibi müəyyənləşib.

Tədbirdə Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, gənclər və idman naziri Azad Rəhimov, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə də iştirak edib.
 
AQF-in prezident postuna yeganə namizəd təhsil naziri Mikayıl Cabbarov səsverməyə əsasən rəhbər vəzifəyə seçilib. Eyni zamanda, Azərbaycan Badminton Federasiyasının prezidenti olan Cabbarov növbəti tsikldə qılıncoynatmanın da inkişafına nəzarət edək.
 
O, bu postda avqustun 17-də növbəti dəfə AQF-in prezidenti seçilən Nazim İbrahimovu əvəzləyib.

Qeyd edək ki, İbrahimov 2007-ci ildən AQF-də prezident postunu tuturdu.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.