İdman

Messi 300-ü keçdi

20 Sentyabr 2017 11:41
10 Şərh     Baxış: 1 066
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniya çempionatının V turunda "Eybar"la keçirilən qarşılaşma "Barselona"nın futbolçusu Lionel Messi üçün əlamətdar olub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Kataloniya klubunun 6:1 hesablı qələbəsi ilə yekunlaşan matçda argentinalı oyunçu poker edib.

Messinin vurduğu ikinci qol bu vaxta qədər "Nou Kamp"da imza atdığı 300-cü qol olub.
 
Yubileyi rəsmiləşdirən 30 yaşlı hücumçu görüş ərzində daha 2 dəfə fərqlənərək, "Barselona"nın meydanında vurduğu qolların sayını 302-yə çatdırıb. 
 
Qeyd edək ki, "Barselona"nın yetirməsi olan Lionel Messi 2004-cü ildən əsas komandanın formasını geyinir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.