İdman

"Yuventus"un sabiq futbolçusu həbs oluna bilər

20 Sentyabr 2017 05:30
0 Şərh     Baxış: 835
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Yuventus"un eks futbolçusu Jonatan Zebina 1 milyon avro həcmində vergidən yayındığına görə sentyabrın 18-də məhkəmə qarşısına çıxıb. Milli.Az goal.az-a istinadən xəbər verir ki, Avinyonda keçirilən məhkəmədə dövlət ittihamçısı Zebinanı 18 ay müddətinə azadlıqdan məhrum etməyi istəyib. Bu işlə bağlı son hökm oktyabrın 16-da çıxarılacaq.

Fransalı müdafiəçi "Cannes", "Cagliari", "Roma", "Brescia", "Brest" və "Toulouse" kimi klubların da şərəfini qoruyub. O, "Yuventus"da 3 dəfə skudetto, 1 dəfə İtaliya Superkubokuna (2001) sahib çıxıb. Zebina karyerasını 2014-cü ildə başa vurub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.